Polşada üç Gürcüstan vətəndaşı tutulubbackend

Polşada üç Gürcüstan vətəndaşı tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada 3 Gürcüstan vətəndaşı saxlanılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları gecə saatlarında küçədə patrul xidməti həyata keçirən zaman 3 nəfərin dayanacaqda dayanmış avtomobillərə baxdığını görüblər.

Bu zaman gürcülər maşınlardan birinin şüşəsini sındırıblar, daha sonra öz maşınlarına minərək qaçıblar.

Hüquq-mühafizə orqanları gürcüləri təqib edərək tutublar. Baxış zamanı onların avtomobilindən bir neçə açar, qızıl-zinət əşyaları və digər əşyalar götürülüb.

Saxlanılan gürcülər oğurluqda təqsirli bilinərək 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.