Polşada Ukraynanın tələbi ilə rusiyalı alim saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Krımda qanunsuz qazıntı aparan və mədəni irsə külli miqdarda ziyan vuran alim həbs edilib.
Məlumata əsasən, Polşada Ukraynanın sorğusu əsasında Krımda qanunsuz arxeoloji qazıntılar aparan rusiyalı alim saxlanılıb. İlkin məlumatlara görə, söhbət Aleksandr Butyagindən gedir.
Bildirilir ki, o, qanunsuz qazıntılarla yanaşı, mədəni irs obyektlərini məhv etməkdə və dövlətə 200 milyon qrivnadan çox ziyan vurmaqda ittiham olunur. Alim cari ilin noyabr ayından etibarən axtarışda olub.
Məlumata görə, A.Butyagin Avropada silsilə mühazirələr keçirib və Niderlanddan Balkanlara gedərkən Varşavaya gəlib.
Dindirmədən sonra Polşa məhkəməsi onun barəsində 40 günlük həbs qərarı çıxarıb. Ukrayna tərəfi alimin ekstradisiyasını tələb edir.
Xuraman Etibarlı
İnterpress.az






