Polyaklar problem axtarır – Rusiyanın Polşada Baş Konsulluğunun bağlanmasına Medvedevdən REAKSİYAbackend

Polyaklar problem axtarır – Rusiyanın Polşada Baş Konsulluğunun bağlanmasına Medvedevdən REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Baş Konsulluğunun 10 əməkdaşı Polşanı tərk etməli olacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü bildirib. Bildirilir ki, Rusiyanın Poznandakı Baş Konsulluğunun 10 əməkdaşı Polşanı tərk etməli olacaq.

Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski bildirib ki, Rusiyanın Poznandakı Baş Konsulluğunun əməkdaşları böyük ehtimalla yaxın həftələrdə Polşanı tərk etməyə məcbur olacaqlar.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Polşanın Rusiyanın Poznandakı Baş Konsulluğunu bağlamaq qərarına cavab verərək deyib ki, Polşa tərəfi “bəla ilə üzləşir”.

O, mesajı əlində Polşa bayrağı tutan qunduz şəkli ilə müşayiət edərək X* sosial şəbəkəsində fikirlərini bildirib.

“Bu polyaklar problem axtarırlar. Konsulluğumuzu bağlayırlar, səfirimizi qovmağa hazırlaşırlar. 1920-ci illərdə ədalət düşmən ölkələrinin elçiləri ilə tez bir zamanda məşğul olurdu. (Nikolay) Andreev, (Yakov) Blyumkin və kasıb alman səfiri (Vilhelm) fon Mirbax buna misaldır”, – Medvedev qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az