Qaqauziya rəhbəri Qutsulun işi dayandırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Moldova mətbuatı məlumat yayıb. Vəkil məhkəmə prosesinin təxirə salınmasının səbəbini açıqlayıb, yeni heyət formalaşdırılacaq.
Məlumata əsasən, Qaqauziyanın rəhbəri (başqanı) Yevgeniya Qutsulun işi üzrə icraat dayandırılıb. Buna səbəb kimi hakimlərin dürüstlüyü (satılmaması) ilə bağlı yaranmış problemlər göstərilir. Bu barədə Qutsulun vəkili Bayram məlumat verib.
Vəkil qeyd edib ki, hazırda yeni hakimlər kollegiyasının formalaşdırılması gözlənilir.
Xatırladaq ki, avqustun 5-də Moldova məhkəməsi Yevgeniya Qutsulu ölkədə qadağan olunmuş “Şor” partiyasını maliyyələşdirmək işi üzrə təqsirli bilərək, hökmün dərhal icra edilməsi şərtilə 7 il müddətinə azadlıqdan məhrum etmişdi.
Y.Qutsul həmin hökmü “yuxarının göstərişi ilə həyata keçirilən siyasi hesablaşma” adlandırıb.
O, Moldova prezidenti Maya Sandunu repressiyalardan narazı qüvvələrlə mübarizə aləti kimi istifadə etməkdə ittiham edib. Hazırda hökmdən apellyasiya şikayəti verilib.
Xuraman Etibarlı
İnterpress.az






