Qarabağ zəfərinin qəhraman qazisi Əli Mahmudovu tanıyaqbackend

Qarabağ zəfərinin qəhraman qazisi Əli Mahmudovu tanıyaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün gərək hər anımız Vətən! – desin.

Qılıncımız, qalxanımız Vətən! – desin.

Ölənlərin əvəzinə, qalanımız Vətən! – desin”.

Xalq şairi Məmməd Arazın bu poetik çağırışı hər bir vətəndaşını Vətən uğrunda birləşməyə, canından keçməyə və heç bir zaman geri addım atmamağa haraylayan dərin misralardır. Vətən hər bir xalqın canı, qanı bahasına qoruduğu əzəli-əbədi məskəni, ali mənəvi dəyəridir. Bizi dünyaya gətirən Ana nə qədər uca tutulursa, ananın da anası sayılan Vətən torpağı “Ana Vətən” deyilərək daha müqəddəs məna daşıyır. 1-ci Qarabağ müharibəsində olduğu kimi 2-ci Qarabağ müharibəsində də Vətən üçün gözünü qırpmadan döyüşə gedən, ölümün pəncəsinə atılan igidlərimiz tarix yazdı. Bugün bu igidlərin sayəsində qələbə sevinci yaşayırıq. Bu müharibədə şəhid olan qəhrəmanlarımızla yanaşı qazi olan, igidlərimizə də ömrümüzün sonuna qədər borcluyuq. Bu igidlərdən biri də Mahmudov Əli Asif oğludur. Əli İkinci Qarabağ müharibəsi başlayanda orduya çağırılan ilk əsgərlərdəndir. Qəhrəman qazimiz Cəbrayıl, Fizuli və Şuşa istiqamətində ağır döyüşlərdə qəhramancasına iştirak edib.

İnterpress media qrupu olaraq qəhraman Əlinin simasında bütün qazilərimizə təşəkkürümüzü bildirir, uzun ömür can sağlığı arzu edirik.