Qazaxıstan Rusiya limanından yan keçərək nefti birbaşa Çinə SATACAQbackend

Qazaxıstan Rusiya limanından yan keçərək nefti birbaşa Çinə SATACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Rusiya limanından yan keçərək nefti birbaşa Çinə satacaq.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Novorossiysk limanındakı zədələnmədən sonra rəsmi Astana neft ixracı üçün alternativ marşrut seçib.

Məlumata əsasən, Qazaxıstan nefti Rusiyanın Novorossiysk limanındakı zədələnmiş terminaldan yan keçməklə birbaşa Çinə tədarük etmək qərarına gəlib.

Bildirilir ki, ölkə tarixində ilk dəfə olaraq “Kaşağan” yatağından hasil edilən 50 min ton neft “Atasu-Alaşankou” boru kəməri vasitəsilə birbaşa Çinə göndəriləcək.

Bu qərar Ukrayna dronunun Novorossiysk limanındakı Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) terminalına zərər vurmasından sonra qəbul edilib. Həmin hadisə səbəbindən terminal ixrac həcmini azaltmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, daha əvvəl “Kaşağan” neftinin böyük hissəsi məhz bu Rusiya terminalı vasitəsilə dünya bazarına çıxarılırdı.

Xuraman Etibarlı

İnterpress.az