Qazaxıstanda ağır qəzada 7 nəfər həlak olub.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Almatı–Bişkek yolunda baş verən dəhşətli toqquşmada minik avtomobilindəki heç kim sağ qalmayıb.
Hadisə Qazaxıstanın Almatı vilayəti ərazisindən keçən Almatı–Bişkek avtomobil yolunda qeydə alınıb. Minik və yük avtomobillərinin iştirakı ilə baş verən iri yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.
Qəza zamanı minik avtomobilində olan 7 nəfərin hamısı dünyasını dəyişib.
İlkin məlumatlara görə, minik avtomobilinin sürücüsü idarəetmə zamanı qarşıda hərəkət edən yük maşınının qoşqusuna çırpılıb.
Hazırda hadisənin bütün təfərrüatlarını müəyyən etmək məqsədilə məhkəməyədər istintaq aparılır.
Xuraman Etibarlı
İnterpress.az






