Qazaxıstanda baş verən daşqınlar səbəbindən Qırğızıstanda ərzaq təhlükəsizliyi problemləri yarana bilər.
İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstan deputatı Dastanbek Cumabekov Sputnik Qırğızıstan-a bildirib.
“Qırğızıstanda ərzaq təhlükəsizliyi ilə bağlı problemlər yarana bilər. Hakimiyyət buğda və arpa ehtiyatı yaratmalıdır.
Qırğızıstan onları Qazaxıstandan idxal edir. Qonşu ölkədə isə daşqınlar səbəbindən məhsul yığımında problemlər yarana bilər. Çünki ərazinin müəyyən hissəsi su altında qalıb”, – Cumabekov deyib.
Xuraman Etibarlı
İnterpress.az