Qəbələdə mağazadan 10 min manatlıq tütün məmulatları oğurlanıbbackend

Qəbələdə mağazadan 10 min manatlıq tütün məmulatları oğurlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələ rayonu Zarağan kəndi ərazisindəki tütün məmulatlarının topdan satışı ilə məşğul olan mağazadan 10 min manat dəyərində müxtəlif markalı siqaretlərin oğurlanması barədə Rayon Polis Şöbəsinə (RPŞ) müraciət daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olan müraciət əsasında Qəbələ və Zaqatala RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Zaqatala şəhər sakini Tofiq Məmmədov saxlanılıb.

Həmin şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı siqaretləri Bakı və Sumqayıt şəhərlərində satdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

 

İnterpress.az