Qeyri-adekvat şəxs klinikaya gələrək həkimə XƏSARƏT YETİRDİ – FOTObackend

Qeyri-adekvat şəxs klinikaya gələrək həkimə XƏSARƏT YETİRDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir şəhər sakini klinikaya gələrək həkimə xəsarət yetirib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs həkimin gözünə bibər qazı sıxıb. Hazırda həkim müvəqqəti olaraq görmür.

“Hücum edən şəxs müəyyən edilib; O, 1999-cu il təvəllüdlü Vladimir əsillidir. Hazırda cinayət işinin başlanması məsələsi həll edilir”, – Vladimir vilayətinin Daxili İşlər İdarəsi bildirib.

Həkimin özü aydınlıq gətirib ki, hücum edən şəxs yerli sakinə xas xarici görünüşə malikdir. O, həkimin üzünə bibər qazı sıxıb. Bu, gözlərdə kimyəvi yanmaya səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az