Qırğızıstan Çindən gələn turist qrupları üçün vizasız rejim tətbiq edib.
İnterpress.az xəbər verir ki, bu barədə 11-ci Çin-Mərkəzi Asiya Əməkdaşlıq Forumu çərçivəsində Çin nümayəndəsi ilə görüşdə respublika Nazirlər Kabinetinin sədr müavini Baysalov bildirib.
O deyib ki, Qırğızıstan Çindən gələn mütəşəkkil turist qrupları üçün vizasız rejim tətbiq edib.
Onun sözlərinə görə, bu, Qırğızıstanın “bugünkü ən populyar turizm bazarı üçün” cəlbediciliyini artıracaq.
Xuraman Etibarlı
İnterpress.az