QırğızıstanBişkek Mərkəzi İstilik Elektrik Stansiyasında (Mərkəzi İstilik Korporasiyası) baş verən yanğında ağır yaralananların müalicəsi üçün Türkiyədən kömək istəyib. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Qırğızıstanın səhiyyə naziri Alimkadır Beyşənəliyev prezident Sadır Çaparovun göstərişi ilə türkiyəli həmkarı ilə əlaqə saxlayıb.
“Bu gün Türkiyənin ən yaxşı yanıq mütəxəssislərindən biri olan Prof.Dr.Koray Daş ilə onlayn konsultasiya keçiriləcək və burada termik yanıqları olan yaralıların müalicə üsulları müzakirə ediləcək. Bundan başqa, fevralın 3-də iki Yaralılara yerli mütəxəssislərlə birlikdə türkiyəli mütəxəssis həkimlərin də yardım göstərəcəyi gözlənilir”, – məlumatda qeyd edilib.
Paytaxt Bişkekdə evlərə isti su və qış istilik xidməti verən Mərkəzi İstilik Müəssisəsində baş verən yanğında 2-si ağır olmaqla 5 nəfər xəsarət alıb.
Səhiyyə nazirinin müavini Mederbek İsmayılov mətbuat konfransında bildirib ki, ağır xəsarət alanların 80 faizinin qolları və üzlərində yanıqlar var.