Qırğızıstan və Rusiya hesablaşmalarda milli valyutalardan rekord sayda İSTİFADƏ EDİBbackend

Qırğızıstan və Rusiya hesablaşmalarda milli valyutalardan rekord sayda İSTİFADƏ EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan və Rusiya hesablaşmalarda milli valyutalardan rekord istifadə edib.

İnterpress.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Volodin Bişkekdə Qırğızıstan parlamentinin sədri Turqunbek uulu ilə görüşündə deyib.

Rusiya ilə Qırğızıstan arasında ticarət əlaqələrində milli valyutalardan istifadə rekord həddə – 92%-ə çatıb. Bundan əlavə, 2024-cü ildə ticarət dövriyyəsinin artımı 13,5% – 4 milyard dollardan çox olub.

“Rusiya Federasiyası Qırğızıstanın ən mühüm tərəfdaşlarından biridir. İki ölkənin parlamentləri ikitərəfli dialoqda yüksək dinamika səviyyəsini qoruyub saxlaya biliblər”, – Turqunbek uulu qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az