Qışda evlərini qızdıracaq isveçrəliləri həbs gözləyirbackend

Qışda evlərini qızdıracaq isveçrəliləri həbs gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu qış ölkədə qaz çatışmazlığı şəraitində evlərini 19 dərəcədən yuxarı qızdıraraq hökumətin göstərişlərini pozan İsveçrəliləri cərimə və üç ilə qədər həbs cəzası gözləyir.

Bunu ölkənin iqtisadiyyat nazirliyinin sözçüsü Markus Spurndli təsdiqləyib.

“Bir ölkənin təchizat qanununun pozulması həmişə cinayətdir və standart olaraq kantonlar tərəfindən mühakimə edilməlidir”, –  deyə o, jurnalistlərə izah edib.

Qaydaların qəsdən pozulması halında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilə bilər. Qaydalar səhlənkarlıq səbəbindən pozularsa, o zaman ölkə sakinlərini cərimələr gözləyir.

Mənbə: 1prime.ru