Qısqanclıq zəminində QƏTL – Qadın sevgilisinə görə rəfiqəsinin boğazını KƏSDİ – FOTObackend

Qısqanclıq zəminində QƏTL – Qadın sevgilisinə görə rəfiqəsinin boğazını KƏSDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada qadın sevgilisinə görə rəfiqəsinin boğazını kəsib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Əvvəllər məhkum olunmuş qadın rəqibini evində bıçaqlayaraq öldürüb.

Rusiyanın Komi Respublikasında dəhşətli cinayət hadisəsi baş verib. Əvvəllər məhkumluq həyatı yaşamış qadın sevgilisini qısqandığı üçün tanışı Raisanı qətlə yetirib.

Məlumata görə, qadın “rəqibi”nin evinə gedərək onu kişisini əlindən almaqda günahlandırıb və dava salıb.

Mübahisə zamanı o, üzərindəki bıçaqla ev sahibinin boyun nahiyəsinə zərbə endirib. Yaralı qan itkisindən dünyasını dəyişib.

Cinayəti törədən şəxs saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az