Qazaxıstanın Pavlodar vilayətində 12 yaşlı məktəbli qız zorlandıqdan sonra hamilə qalıb və uşaq dünyaya gətirib.
interpress.az xəbər verir ki, bu barədə qazax mediası məlumat yayıb. Hadisə Şerbaktinski rayonunda baş verib.
Qızın hamiləliyi haqqında ilk xəbər tutan müəllimlər olub. Məktəbli qızın bədənindəki dəyişikliyi görən müəllimlər valideynlərinə məlumat veriblər.
Məlumata görə, yeniyetməni zorlamaqda onun yerli kollec tələbəsi olan qohumu şübhəli bilinir.
Məktəbli qız iyulun 19-da rayon perinatal mərkəzə daxil olub və ayın 20-də qızın övladı dünyaya gəlib.
Rəsmilər qızın məktəbi uğurla bitirməsi üçün bütün lazımi tədbirləri görəcəklərinə söz veriblər.
Avqustun 16-da ana olan qızın 13 yaşı tamam olacaq.
Azyaşlının zorlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsinin 4-cü hissəsi ilə ibtidai istintaq aparılır.
Şübhəlini ömürlük həbs cəzası gözləyir.
Xuraman Etibarlı
İnterpress.az