Qonşu ölkədə SƏRT ADDIMLAR – Əcnəbilərin iş tapması ÇƏTİNLƏŞƏCƏKbackend

Qonşu ölkədə SƏRT ADDIMLAR – Əcnəbilərin iş tapması ÇƏTİNLƏŞƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan əcnəbilər üçün qaydaları sərtləşdirib.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb. Ölkədə qalma və işləmə şərtləri çətinləşir, hakimiyyət qərar verib.

Məlumata görə, Gürcüstan hakimiyyəti xarici vətəndaşların ölkədə qalma şərtlərini sərtləşdirmək barədə qərar qəbul edib.

Qərar çərçivəsində əcnəbilər üçün bir sıra yeni məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.

Bildirilir ki, bu məhdudiyyətlər xüsusilə əmək fəaliyyəti sahəsini əhatə edəcək.

Yeni qaydaların xarici işçilərin işə qəbulu və ölkədə leqal yaşamaq hüququna necə təsir edəcəyi barədə detalların yaxın vaxtlarda açıqlanması gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az