Qoz qabıqlarından və tullantılarından yaradılan sənət əsərləri göz oxşayır.
İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, türkiyəli usta qoz qabıqlarından və tullantılarından miniatür suvenirlər hazırlayır.
Türkiyənin Kırklareli vilayətinin sakini, ortopedik məhdudiyyətləri olan 63 yaşlı Melih Akın qoz qabıqlarını və təkrar emal olunmuş materialları unikal suvenirlərə çevirir.
O, fiziki məhdudiyyətlərinə baxmayaraq, peşəsinin ustasıdır.
Xuraman Etibarlı
İnterpress.az