Quba rayon sakini N.Şükürovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Girdəh kənd sakini N.Şükürovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az






