Qüds məhkəməsindən SƏRT QƏRAR – Terror planlayan İŞİD-çilərə HÖKM OXUNDUbackend

Qüds məhkəməsindən SƏRT QƏRAR – Terror planlayan İŞİD-çilərə HÖKM OXUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə Kneset yaxınlığında terror törətmək istəyən İŞİD tərəfdarlarına hökm oxunub.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” nəşri məlumat yayıb. Parlament binası qarşısında yanacaq dolu yük maşınını partlatmağı planlaşdıran şəxslər həbs cəzası alıblar.

Qüds Dairə Məhkəməsi təxminən bir il əvvəl İsrail parlamenti (Kneset) yaxınlığında terror aktı hazırlamaqda təqsirli bilinən iki nəfər barəsində hökm çıxarıb.

Məhkəmənin qərarı ilə Mustafa Əbdül Nəbi 12 il, Əhməd Netşa isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata əsasən, təqsirləndirilən şəxslər içərisində benzin çənləri olan yük maşınını partlatmağı planlaşdırıblar.

Onların mütəmadi olaraq İŞİD-in təbliğat videolarını, o cümlədən edam səhnələrini izlədikləri və terror təşkilatına sədaqət andı içdikləri bildirilir.

Məhkəmə onları qətl məqsədilə terror aktı hazırlamaqda, silah tətbiq etməyə cəhddə, silahlı terrorda iştirakda, bunun üçün təlim keçməkdə və terror təşkilatına üzvlükdə təqsirli bilib.

Xuraman Etibarlı

İnterpress.az