İşçilər rəhbərlikdən kifayət qədər tərif görmədikləri üçün işdən ayrılırlar.
İnterpress.az xəbər verir ki, bu barədə psixoloqlar məlumat yayıb.
Mütəxəssislərin fikrincə, iş yerində görülən əməyin və əldə olunan nəticələrin kifayət qədər qiymətləndirilməməsi əməkdaşların motivasiyasını azaldır, stressi artırır və zamanla tükənməyə səbəb olur.
Rəhbərlikdən rəy almadıqda işçilər rəhbərlərin onların fəaliyyətinə münasibəti barədə öz fərziyyələrini formalaşdırmağa başlayırlar.
Buna görə də rəhbərlərə nailiyyətləri qeyd etmək və işçiləri daha tez-tez tərifləmək tövsiyə olunur.
Xuraman Etibarlı
İnterpress.az






