Adam Kadırova yeni mükafat verilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Rusiya Milli Qvardiyasının rəhbəri Çeçenistan Təhlükəsizlik Şurasının katibini fəxri fərmanla mükafatlandırıb.
Məlumata əsasən, Çeçenistan rəhbərinin oğlu Adam Kadırov növbəti mükafatına layiq görülüb.
Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) rəhbəri Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan Adam Kadırovu qurumun Fəxri fərmanı ilə təltif edib.
Xuraman Etibarlı
İnterpress.az






