Rubio Venesuela hakimiyyətini İrana kömək etməkdə İTTİHAM ETDİbackend

Rubio Venesuela hakimiyyətini İrana kömək etməkdə İTTİHAM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi bəyan edib ki, Tehran Cənubi Amerikada möhkəmlənmək üçün Karakasdan istifadə edir.

İnterpress.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

ABŞ dövlət katibi Marko Rubio müsahibəsində bildirib ki, İran, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və hətta “Hizbullah” Cənubi Amerikada mövcuddur.

Onun sözlərinə görə, bu qüvvələrin, xüsusilə də iranlıların regiondakı əsas dayaqlarından biri Venesuela ərazisidir.

“Onların bizim yarımkürədə öz bayraqlarını sancdıqları nöqtə məhz Venesuela ərazisində yerləşir. Bu, rejimin tam və açıq dəstəyi ilə baş verir”, – Rubio vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az