Rusiya-Amerika danışıqlarının keçiriləcəyi yer məlum olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya-Amerika danışıqlarının keçiriləcəyi yer kral ailəsinin saraylarından biri – Ər-Riyadda Albasatin kompleksindəki Diriyah Sarayı olacaq.
Yaxın vaxtlarda Rusiya və ABŞ-dan nümayəndə heyətləri əraziyə gələcək.
Xuraman Etibarlı
İnterpress.az