Rusiya Ermənistanın güzəştlərini ləğv edə bilər.
İnterpress.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa TASS-a açıqlamasında bildirib.
Çepanın sözlərinə görə, Ermənistan Qərbin siyasətinə uyğun addımlar atacağı təqdirdə Rusiya İrəvana verdiyi bütün “hədiyyələri” və güzəştləri geri götürə bilər.
Deputat qeyd edib ki, Ermənistanın eyni vaxtda həm Avropa İttifaqında, həm də Avrasiya İqtisadi İttifaqında iştirak etməsi mümkün olmayacaq.
O, İrəvanın Qərblə münasibətlərini dərinləşdirməsinin Rusiya ilə mövcud iqtisadi və digər üstünlüklərə təsir göstərə biləcəyinə işarə edib.
Xuraman Etibarlı
İnterpress.az






