Rusiya məhkəməsi Ukraynanın Qazaxıstandakı keçmiş səfirinin hökmünü LƏĞV ETDİ – FOTObackend

Rusiya məhkəməsi Ukraynanın Qazaxıstandakı keçmiş səfirinin hökmünü LƏĞV ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva məhkəməsi Ukraynanın Qazaxıstandakı keçmiş səfiri Vrublevskinin hökmünü ləğv edib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri məhkəmə zalından məlumat verib. Moskva məhkəməsi Ukraynanın Qazaxıstandakı keçmiş səfiri Pyotr Vrublevskinin hökmünü ləğv edib.

Qeyd olunur ki, iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndəriləcək.

Xatırladaq ki, avqustun 26-da Vrublevski etnik və linqvistik zəmində nifrət və düşmənçiliyin salınması ittihamı ilə qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.

Diplomatın Rusiya Federasiyasında cinayət təqibinə səbəb 2022-ci ildə verdiyi müsahibədə onun “mümkün qədər çox rusu öldürməyə” çağırışı olub.

Bundan sonra Qazaxıstan Xarici İşlər Nazirliyi səfirin statusunu arzuolunmaz adlandırıb və onun dəyişdirilməsini elan edib. Daha sonra Ukrayna prezidenti Zelenski Vrublevskini vəzifəsindən uzaqlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az