Ukraynaya yenidən silahlanmaq üçün vaxt vermək fikrimiz yoxdur.
İnterpress.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Dmitri Peskov Ukraynada Milad bayramı ilə əlaqədar atəşkəs elan edilməsi ideyasına münasibət bildirib.
O qeyd edib ki, hazırda əsas məsələ Prezident Trampın ifadə etdiyi kimi, tərəflərin bir razılaşmaya gəlib-gəlməməsidir.
“Bizim mövqeyimiz bəllidir, ardıcıldır və həm amerikalılar, həm də ukraynalılar üçün aydındır”, – o vurğulayıb.
Kremlin sözçüsü əlavə edib ki, Rusiya müvəqqəti və qeyri-effektiv həll yollarında iştirak etmək niyyətində deyil:
“Əgər ukraynalılarda real razılaşmanı ani və qeyri-həyati qərarlarla əvəz etmək istəyi yaranarsa, biz bunda iştirak etməyə hazır deyilik.
Biz sülh istəyirik. Biz Ukraynaya nəfəs dərmək və müharibəni davam etdirmək üçün hazırlıq görmək imkanı verəcək atəşkəs istəmirik”.
Xuraman Etibarlı
İnterpress.az






