Rusiya qalib gəlsə, Paşinyan Saakaşvilinin taleyi ilə üzləşəcək.
İnterpress.az erməni mediasına istinadla xəbər verir ki, bunu erməni siyasətçi Aram Sarkisyan telekanalda müsahibəsi zamanı deyib.
“Paşinyan Saakaşvilinin misalını xatırlayır ki, Ermənistanda Rusiyayönlü qüvvələr hakimiyyətə gəlsə və ya Cənubi Qafqazda Rusiya qalib gəlsə, Paşinyan Saakaşvilinin taleyini yaşayaca. O, bu qüvvələri dəstəkləməlidir Rusiyanın regionda qələbəsini istəmirəm”, – Sarqsyan deyib.
Bundan əvvəl Sarkisyan kifayət qədər kinlə etiraf edirdi ki, müharibə və Qarabağın N.Paşinyan tərəfindən “təslim edilməsi” Qərbə üz tutmaq xatirinə təşkil olunub.
Xuraman Etibarlı
İnterpress.az