Rusiya Telegram-ı cərimələyib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məhkəmənin qərarına istinadən məlumat yayıb.
Moskvanın Taqanski Rayon Məhkəməsi ruslar arasında ən populyar messencer olan Telegram-ı Uralın Rusiyadan ayrılması ilə bağlı çağırışlarla bir sıra kanalları bağlamaq istəmədiyinə və Ukrayna Silahlı Qüvvələrinə dəstək verdiyinə görə 4 milyon rubl cərimələyib.
Qeyd edək ki, bir sıra cənub bölgələrində məşhur messencer ya bloklanıb, ya da 3 həftədir ki, fəaliyyətini ləngidir. Dağıstan ərazisində
və İnquşetiyada istifadəçilər Telegram-a daxil olmaq üçün VPN xidmətlərindən istifadə edirlər.
Təxminən oktyabrın 11-dən oktyabrın 20-dək Şimali Qafqazın digər rayonlarında, həmçinin Krasnodar diyarının bəzi ərazilərində də fasilələr müşahidə olunub.
Xuraman Etibarlı
İnterpress.az