Moskva Yaponiyanın xarici işlər naziri Takeşi İvayaya girişi bağlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib. Bildirilir ki, Yaponiyanın xarici işlər naziri Takeşi İvayanın Rusiyaya girişi qadağan olunub.
Həmçinin, sanksiyalara cavab tədbirləri çərçivəsində daha 8 vətəndaşın ölkəyə girişi həmişəlik qadağan olunacaq:
— Yaponiyanın Ukraynadakı səfiri Masaşi Nakaqome;
— Yaponiyanın Ukraynadakı keçmiş səfiri Kuninori Matsuda;
— Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) baş vitse-prezidenti Şohey Hara;
— JICA-nın Ukraynadakı ofisinin rəhbəri Hideki Matsunaga;
— IHI Korporasiyasının prezidenti, Hiroşi İde;
— ISUZU Motors Limited-in prezidenti, Şinsuke Minami;
— Prodrone Co., Ltd-nin prezidenti, Şunsuke Toya;
— Cyberdyne, Inc prezidenti, Yoshiyuki Sankai.
Xuraman Etibarlı
İnterpress.az