Məsciddə TƏBİİ QAZ SIZMASI: 17 nəfər ZƏHƏRLƏNDİbackend

Məsciddə TƏBİİ QAZ SIZMASI: 17 nəfər ZƏHƏRLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraş məscidində təbii qaz sızması baş verib. Hadisə zamanı zəhərlənən 17 nəfər xəstəxanaya aparılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

təbii qaz sızması nəticəsində zəhərlənən biri uşaq olmaqla 17 nəfər xəstəxanaya çatdırılıb.

Məlumata görə, Kahramanmaraşın Göksun rayonundakı Şeyma Xatun məscidində Ramazan namazı qılmaq üçün toplaşan qadınlar qaz sobasından qaz sızması nəticəsində zəhərləniblər.

Xəbərdarlıqdan sonra bölgəyə həkimlər, yanğınsöndürənlər, polis və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) qrupları göndərilib.

Məscidi evakuasiya edən qruplar qazdan yaralanan biri uşaq olmaqla 17 nəfəri təyyarə ilə Göksun Dövlət Xəstəxanasına çatdırıb.

Qazdan təsirlənənlərin huşunun yerində olduğu bildirilir. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az