Novosibirskdən olan ailə yeni doğulan oğluna Tramp adını verib.
İnterpress.az xəbər verir ki, bu barədə Sib.fm nəşri uşağın valideyninə istinadən məlumat yayıb.
Bildirilir ki, Novosibirskdən olan və Belarusda yaşayan ailə yeni doğulan oğluna Tramp Vladimiroviç adını verib.
“Bu, mütləq siyasi istinad deyil. Bu [adın] bir çox etimologiyası var. Cəmi bir neçə ildən sonra ad nadir hala gələcək. Biz uşağa qeyri-adi bir ad qoymaq istəyirik”, – uşağın atası deyib.
Nəşrin mənbəsi qeyd edib ki, onun həyat yoldaşı və oğlu hələ də doğum evindədirlər, hələ də oğlanın doğum haqqında şəhadətnaməsini almayıblar.
KİV-in məlumatına görə, uşağa bu qeyri-adi adı qoyan ailə Belarusda, Minsk yaxınlığındakı kənddə yaşayır.
İki il əvvəl cütlük arvadının valideynlərinin yanında yaşamaq üçün Novosibirskdən oraya köçüb.
Xuraman Etibarlı
İnterpress.az