Türkiyə səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə fars mediası məlumat yayıb.
Türkiyə xarici işlər nazirinin açıqlamaları səbəbindən Türkiyə səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
“Bundan əvvəl Türkiyənin xarici işlər naziri “Əl-Cəzirə” telekanalına müsahibəsində müdaxilə xarakterli açıqlamalar verərək, İrandan regional siyasətini dəyişməyi tələb edib.
O, həmçinin “İranlılara dedim ki, sizə daş atılmasını istəmirsinizsə, başqalarının üzərinə atmayın”, deyib”, – məlumatda bildirilir.
Xuraman Etibarlı
İnterpress.az