Smartfonun cərəyan cihazı məktəblinin çiynini YANDIRDI – FOTObackend

Smartfonun cərəyan cihazı məktəblinin çiynini YANDIRDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin istehsalı smartfonun cərəyan cihazı məktəblinin çiynini yandırıb. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilir ki, Çin smartfonun cərəyan cihazı Moskva məktəblisinin çiynini yandırıb. O, bütün gecə cihazı elektrik şəbəkəsinə bağlı qoyub və yuxuda kabel çiyninə dolanıb.

14 yaşlı moskvalı gecə yarısı çiynindəki dəhşətli ağrıdan oyanıb. Məlum olub ki, onun düz yanında yanğın başlayıb. Telefonunu qoyduğu çarpayı yanıb.

Anası cəld köməyə gəlib, dərinin zədələnmiş nahiyələrinə su vurub və yeniyetməni xəstəxanaya aparıb.

Həkimlər məktəbliyə gövdəsinin yan nahiyəsinin, kürəyinin və sağ çiyninin bir hissəsinin – ümumilikdə bədən səthinin 8%-nin birinci və ikinci dərəcəli yanıq xəsarəti diaqnozu qoyublar.

Xuraman Etibarlı

İnterpress.az