Misir Qəzzanın yenidən qurulması planını xarici ölkələrə təqdim etməkdən imtina edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Al Arabiya” etibarlı mənbələrə istinadən məlumat yayıb.
Misir Qahirə sammitindən əvvəl Qəzzanın yenidən qurulması planını xarici ölkələrə təqdim etməkdən imtina edib.
Sonuncunun sözlərinə görə, o, martın 4-də Misirin paytaxtında Ərəb Liqasının (ƏƏS) sammitində iştirak edəcək ərəb ölkələrinin liderlərinə təqdim olunacaq.
Qeyd olunur ki, bəzi ölkələrin yuxarıda qeyd olunan planın əsas istiqamətlərini öyrənməkdə maraqlı olmasına baxmayaraq, ərəb ölkələri tərəfindən razılaşdırılıb təsdiqlənməyincə bu, açıqlanmayacaq.
Xuraman Etibarlı
İnterpress.az