Mahaçqalada evin damından düşən nəhəng buz parçası az qala ana və uşağı öldürəcəkdi.
İnterpress.az xəbər verir ki, hadisənin görüntüləri kameralara əks olunub.
Qadın uşağı qucağında küçə ilə gedərkən üzərinə nəhəng buz düşüb.
Ana zərbədən dərhal huşunu itirib. Yoldan keçənlər ona və uşağa kömək etməyə tələsiblər. Körpə möcüzəvi şəkildə xəsarət almayıb.
Zərərçəkmiş qadın açıq kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.
Xuraman Etibarlı
İnterpress.az