Flamand rəssamı Piter Breygelin 50 il əvvəl Polşada muzeydən oğurlanmış rəsm əsəri Hollandiyada tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Telegraaf” qəzeti yazır.
Bu işin axtarışını sənət detektivi Artur Brand həyata keçirib. Rəsm başqa bir muzeydə – Qudada tapılıb.
“Mən arxivlərdə və oğurlanmış sənət əsərlərinin İnterpol məlumat bazasında geniş araşdırma apardım. Və belə qənaətə gəldim ki, Qudada nümayiş etdirilən rəsm Qdanskdan oğurlanmış Bruegelin əsəridir”, – sənət detektivi bildirib.
Xuraman Etibarlı
İnterpress.az