“Mənə siqnal verəndə xoşuma gəlmir!”
İnterpress.az Rusiya mediasına istinadla xəbər verir ki, Rostov vilayətinin Tsimlyansk şəhərində biznesi ilə məşhur olan Akopyan ailəsinin üzvü işlətdiyi “Manqal House” restoranın dayanacağında müharibədə könüllü iştirak edən Sergey Yeqorovu döyərək qətlə yetirməkdə şübhəli bilinir. Qətl videoya çəkilib.
Belə ki, müharibə könüllüsü “Manqal House” restoranın dayanacağında döyülərək öldürülüb. Qətldə yerli erməni sahibkarlar şübhəli bilinir.
Sergey həmin vaxt maşının arxasında dayanaraq onun küçəyə çıxmasına mane olan Muşeq Akopyana siqnal verib.
Bu, erməninin xoşuna gəlməyib və o, müəssisədəki bütün dostlarını və qohumlarını çağırıb. Onlar bu yaxınlarda müharibə zonasından qayıdan Sergeyi döyüblər. O, başına dəyən zərbələrin birindən yıxılaraq ölüb.
Muşeq Akopyan saxlanılıb, qətlin digər iştirakçıları azadlıqdadırlar.
Mərhumun yaxınları qorxur ki, cinayət işinə xitam verilə, cinayətkarlar cəzalandırılmayacaq.
Xuraman Etibarlı
İnterpress.az