Rusiyada ağır YOL QƏZASI: 6-sı uşaq olmaqla 13 yaralı – VİDEObackend

Rusiyada ağır YOL QƏZASI: 6-sı uşaq olmaqla 13 yaralı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krasnoyarskda avtobus qəzasında 13 nəfər xəsarət alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb. Yaralananlardan 6-sı azyaşlıdır, minik avtomobili avtobusla toqquşub.

Məlumata əsasən, Krasnoyarsk diyarında sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində ümumilikdə 13 nəfərin xəsarət aldığı bildirilir. Qeyd olunur ki, yaralananlar arasında altı nəfər yetkinlik yaşına çatmayan şəxs var.

Xuraman Etibarlı

İnterpress.az