Rusiyada azərbaycanlı diaspor rəhbəri SAXLANILDIbackend

Rusiyada azərbaycanlı diaspor rəhbəri SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada azərbaycanlı diaspor rəhbəri Hüseynov Teyyub Məhəmməd oğlu saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Rusiya KİV yayıb. Bildirilir ki, FTX və Daxili İşlər Nazirliyinin əməkdaşları Belqorodda azərbaycanlı diaspor rəhbəri Hüseynov Teyyub Məhəmməd oğlunu saxlayıblar.

“Teyyub Hüseynov azərbaycanlıların üstünlüyü ideyalarına sadiqdir və bir çox korrupsiya sxemlərinin iştirakçısıdır. Onun oğlu, 2007-ci il təvəllüdlü Eltun Hüseynov əylənmək üçün “Bentley” markalı avtomobil sürməyi sevir, bu yaxınlarda yol polisi əməkdaşları tərəfindən saxlanılıb və Eltunun ilk işi atasına zəng edib.

Azərbaycan diasporunun lideri kuryeri rüşvətlə “günahlandırdı”, lakin təhlükəsizlik qüvvələri onun çirkli pullarını almadılar və cinayət prosesinin bütün iştirakçılarını saxladılar”, – KİV yazıb.

Hazırda İstintaq Komitəsi Teyyub Hüseynova qarşı “rüşvət vermə” maddəsi ilə cinayət işi açıb.

Xuraman Etibarlı

İnterpress.az