Rusiyada “Dağ Altay – türklərin ata-baba yurdu. Türk sivilizasiyasının yaranma tarixi haqqında” ilk beynəlxalq konfransın AÇILIŞI OLDUbackend

Rusiyada “Dağ Altay – türklərin ata-baba yurdu. Türk sivilizasiyasının yaranma tarixi haqqında” ilk beynəlxalq konfransın AÇILIŞI OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Altayda ilk beynəlxalq elmi-praktik konfransın açılışı olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Altay Respublikasında “Dağ Altay – türklərin ata-baba yurdu. Türk sivilizasiyasının yaranma tarixi haqqında” ilk beynəlxalq elmi-praktik konfransın açılışı olub.

Tədbir “Manjerok” kurortunda baş tutub. İştirakçılar türk sivilizasiyasının mənşəyi, onun mədəniyyəti və yazısı, həmçinin türk xalqları ilə slavyanlar arasında münasibətlərin tarixini müzakirə edirlər.

Rusiya Prezidenti Vladimir Putin konfrans iştirakçılarını salamlayaraq, türk xalqlarının dillərinin, adət-ənənələrinin və orijinal həyat tərzinin Rusiyanın tarixi irsinin tərkib hissəsi kimi əhəmiyyətini qeyd edib.

O, Altayın türklərin tarixi ata-baba yurdu kimi rolunu vurğulayaraq, konfransın dünya tarixinin öyrənilməsi ilə bağlı yeni ideya və yanaşmaların irəli sürülməsinə kömək edəcəyinə əminliyini ifadə edib.

Xuraman Etibarlı

İnterpress.az