Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində ən populyar ad Məhəmməddir.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində üçüncü ildir ki, oğlanlar arasında ən populyar ad Məhəmməd olub.
2023 və 2022-ci illərdə də bu ad lider olub. 2021-ci ildə ən məşhur ad Aleksandr adı olub. Bu cür məlumatlar Vətəndaşlıq Vəziyyətinin Qeydiyyatı İdarəsi tərəfindən verilir.
2024-cü ildə Ugra sakinləri arasında ən populyar beş ad arasında Mixail, Artyom və Roman da var.
Qızlar üçün tendensiya dörd ildir dəyişməyib – ən məşhur ad Sofiyadır. Düzdür, 2023-cü ildən bəri Amina (Əminə) adı ən populyar beş ad sırasında yer alır.
Xuraman Etibarlı
İnterpress.az