Rusiyada erməni əsilli MMA döyüşçüsü saxlanılıbbackend

Rusiyada erməni əsilli MMA döyüşçüsü saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tulada erməni əsilli MMA döyüşçüsü saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Tanınmış erməni idmançı və tələbələri özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək insanlardan hədə-qorxu ilə pul tələb ediblər.

Məlumata görə, söhbət 36 yaşlı Tiqran Oqanesyandan gedir. O, Tulanın tanınmış idmançısı, məşqçisi və “Tula uğrunda döyüş” turnirinin dəfələrlə qalibi olub.

İlkin məlumatlara əsasən, MMA döyüşçüsü Cənubi Qafqaz əsilli beş tələbəsindən ibarət cinayətkar dəstə formalaşdırıb.

Onun rəhbərliyi altında qruplaşma Şyokino və Tula sakinlərini qorxu altında saxlayıb.

Dəstə üzvləri özlərini saxta hüquq-mühafizə orqanı əməkdaşları kimi təqdim edərək qurbanlarından 500 mindən 800 min rubla qədər pul tələb ediblər.

Hazırda dəstə üzvləri saxlanılıb. Faktla bağlı “Quldurluq” və “Hədə-qorxu ilə tələb etmə” maddələri ilə cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az