Rusiyalılar Google xidmətlərindən tamamilə məhrum ola bilər.
İnterpress.az xəbər verir ki, bu barədə Rəqəmsal İqtisadiyyatın İnkişafı Fondunun İdarə Heyətinin sədri German Klimenko bildirib.
Söhbət ağılasığmaz cərimədən gedir. Bu, şirkətin indiyə qədər malik olduğu bütün pul ehtiyatını əhəmiyyətli dərəcədə üstələyir. Heç kim belə pulu verməyəcək.
Ekspert hesab edir ki, Rusiyada axtarış sisteminin işi hər an “kəsilə” bilər.
“Səhərdən tələffüz etməkdə çətinlik çəkirəm. Riyaziyyatla maraqlanmağıma baxmayaraq, bu sözü heç eşitməmişəm. İndi mən sakitcə undecillion deyirəm və onun 36 sıfır olduğunu xatırlayıram”, – Klimenko deyib.
Google sadəcə olaraq pulsuz xidmətlərdən istifadə etməyə qadağa qoysa, nəticədə orada daxil olmaq və qeydiyyatdan keçmək mümkün olmayacaq.
Xuraman Etibarlı
İnterpress.az