Rusiyada Domodedovo hava limanında Ermənistan vətəndaşı saxlanılıb.
İnterpress.az xəbər verir ki, Rusiya mediası bu barədə RF İK-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, Armen Balyan adlı erməni Domodedovo hava limanında saxlanılıb.
Onun “DXR”, “LXR” və Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşdüyü iddia edilir.
“Balyan Domodedovo hava limanında Rusiya Federasiyası ərazisinə daxil olmaq istəyərkən saxlanılıb.
Dindirilmə zamanı Balyan ona qarşı irəli sürülən cinayəti törətməkdə təqsirli olduğunu etiraf edib, hərtərəfli ifadə verib və əvvəllər istintaq tərəfindən müəyyən edilmiş faktları təsdiqləyib”, – məlumatda deyilir.
Hazırda o, həbsdədir.
Xuraman Etibarlı
İnterpress.az