Rusiyada iki Tacikistan vətəndaşı silah və əsl casus dəsti ilə saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Yamal-Nenets Muxtar Dairəsində iki Tacikistan vətəndaşı silah və əsl casus dəsti ilə saxlanılıb. Onlarda yalançı keçəl baş, lazer nişangahı və göz rəngini dəyişdirmək üçün linzalar tapılıb.
Məlumata görə, saxlanılanlar iki qardaş – 39 yaşlı Nekruz və 37 yaşlı Şəxratdır. Onların evinə baxış zamanı yüzdən çox patron, barıt, silahın lüləsini çıxaran qurğu, lazer nişangahı olan tüfəng, 27 sim kart və ən maraqlısı isə saxta keçəl papaq və göz rəngini dəyişdirmək üçün linzalar dəsti götürülüb.
İndiyədək həmin şəxslərə qarşı qanunsuz silah saxlama maddəsi ilə iş açılıb. Tacikistan vətəndaşlarının özlərinin dediyinə görə, onlar qanunsuz heç nə etməyiblər: biri silahla maraqlanır, digəri ovçuluğu sevir.
Lakin təhlükəsizlik işçiləri onlara inanmırlar. Çünki onlar dindirmələr zamanı qəfildən rus dilini başa düşmədiklərini bildiriblər.
Xuraman Etibarlı
İnterpress.az