Sibirdə kişi yatdığı vaxt həyat yoldaşını qazla zəhərləməyə çalışıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Novosibirsk vilayətində 49 yaşlı kişi yatdığı vaxt həyat yoldaşını qazla zəhərləməyə cəhd göstərib.
Məlumata görə, Berdsk şəhərinin sakini gecə saatlarında qaz borusundan həyat yoldaşının yatdığı otağa şlanq keçirib və qazı açıb.
Qadın evdən çıxaraq küçəyə getməyə müvəffəq olub. Ona tibbi yardım göstərilib.
Kişi saxlanılıb və qəsdən adam öldürməyə cəhd ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib.
Xuraman Etibarlı
İnterpress.az






