Rusiyada qeyri-qanuni mühacirlərə qarşı reyd keçirilib. 276 miqrant inzibati məsuliyyətə cəlb edilib.
İnterpress.az xəbər verir ki, Moskva vilayətinin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, reyd Lyubertsı şəhər rayonundakı tikinti və istehsalat obyektlərində keçirilib.
“Bir həftə ərzində polis 400-dən çox qonşu ölkə vətəndaşını ərazi vahidlərinə çatdırıb. Hər kəsin barmaq izi götürülüb və cinayətlərdə və qanunsuzluqlarda iştirakı yoxlanılıb”, – məlumatda deyilir.
51 miqrant Rusiyadan çıxarılacaq, 31 nəfər xüsusi təcridxanaya göndəriləcək.
Xuraman Etibarlı
İnterpress.az