Rusiyada “Roblox” BLOKLANDI – FOTObackend

Rusiyada “Roblox” BLOKLANDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada “Roblox” bloklanıb, ölkə üzrə oyun açılmır.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. İstifadəçilər oyunun saytına VPN-siz daxil ola bilmirlər.

Məlumata əsasən, məşhur “Roblox” oyun platforması bütün Rusiya ərazisində fəaliyyətini dayandırıb. Oyunun işə düşməməsi kütləvi xarakter daşıyır.

Bildirilir ki, hazırda oyunun rəsmi saytına VPN proqramları olmadan daxil olmaq mümkün deyil. Bundan əlavə, oyunun yükləyicisini (launcher) fərdi kompüterə quraşdırmaq cəhdləri də uğursuzluqla nəticələnir.

Xatırladaq ki, bu yaxınlarda “Roskomnadzor” (RKN) platformanın ölkədə bloklana biləcəyi barədə xəbərdarlıq etmişdi.

Xuraman Etibarlı

İnterpress.az