Rusiya hökuməti rus dilini bilməyən miqrantların uşaqlarının məktəbə qəbulunu qadağan edən qanun layihəsini təsdiqləyib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Söhbət Dövlət Dumasına hər beş fraksiyadan bir qrup deputatın təqdim etdiyi qanun layihəsindən gedir.
“Rusiya Federasiyası Hökuməti yuxarıda qeyd olunan iradlar nəzərə alınmaqla qanun layihəsini dəstəkləyir”, – Nazirlər Kabineti bildirib.
Belə ki, Nazirlər Kabineti qeyd edir ki, rus dilini bilmək üçün test imtahanından keçə bilmədikdə təhsilə qəbuldan imtina “Rusiya Federasiyasında təhsil haqqında” qanunun müddəalarına tam uyğun gəlmir.
Xuraman Etibarlı
İnterpress.az